TeamClean

Məxfilik siyasəti

1. Ümumi müddəalar

Henkel AG & Co. KGaA (bundan sonra “Henkel”) və onun əlaqəli (tərəfdaş) şəxsləri bu sayta daxil olan istənilən şəxsin məxfi məlumatlarına hörmətlə yanaşırlar. Hansı məlumatları topladığımız və toplanmış məlumatları necə istifadə etdiyimiz barədə sizə məlumat vermək istərdik.

Siz həmçinin toplanmış məlumatların düzgünlüyünü necə yoxlaya biləcəyinizi öyrənəcəksiz və bu cür məlumatların silinməsi üçün bizə göstəriş verəcəksiniz. Məlumat fərdi məlumatların qorunmasına cavabdeh olan müvafiq Henkel filialının yerləşdiyi ölkənin qüvvədə olan qanunlarının tələblərinə uyğun olaraq ciddi şəkildə toplanır, işlənir və istifadə olunur. Biz qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğu təmin etmək üçün əlimizdən gələni edirik.

Bu saytda toplanan fərdi məlumatlarla bağlı bütün tədbirlər Qazaxıstan Respublikasının 21 may 2013-cü il tarixli “Fərdi məlumatlar və onların müdafiəsi haqqında” 94-V nömrəli Qanununa uyğun olaraq həyata keçirilir

Bu bəyanət “Henkel” internet saytında hiperlinklərin olduğu vebsaytlara şamil edilmir.

  • Fərdi məlumatların toplanması, istifadəsi və işlənməsi

Müəyyən şəxslərə aid məlumatları yalnız məlumatın işlənməsi və istifadəsi məqsədləri üçün toplayırıq, eyni zamanda xüsusi tapşırıqları yerinə yetirmək üçün yalnız zəruri və kifayət qədər məlumat toplayırıq və yalnız könüllü olaraq məlumat vermisiniz və ya onun istifadəsinə açıq şəkildə razılıq vermisiniz. Veb saytımıza daxil olarkən müəyyən məlumatlar avtomatik olaraq “Henkel” şirkətinin serverlərinə və/və ya onun əlaqəli (tərəfdaş) şəxslərinə sistem idarəçiliyi məqsədləri üçün və ya statistik və ya уhtiyat məqsədləri üçün avtomatik qeyd olunur. Qeydə alınmış məlumatda İnternet provayderinizin adı, bəzi hallarda IP ünvanınız, brauzerinizin proqram təminatının versiyası, saytımıza daxil olduğunuz kompüterin əməliyyat sistemi, link yolu ilə saytımıza daxil olduğunuz saytların ünvanları, sizi saytımıza daxil olduğunuza səbəb olan, qeyd etdiyiniz axtarış parametrləri.

Şəraitdən asılı olaraq bu cür məlumatlar saytımıza daxil olan auditoriya haqqında nəticə çıxarmağa imkan verir. Bununla belə, bu kontekstdə heç bir fərdi məlumat istifadə edilmir. Yalnız anonim məlumat istifadə edilə bilər. Məlumat “Henkel” şirkəti və/və ya onun əlaqəli şəxsləri tərəfindən kənar provayderə ötürülürsə, məlumatların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ötürülməsini təmin etmək üçün bütün mümkün texniki və təşkilati tədbirlər görülür.

Əgər siz könüllü olaraq fərdi məlumatlarınızı bizə təqdim edirsinizsə, biz bu cür məlumatları qüvvədə olan qanunvericiliyin tələblərindən kənara çıxan şəkildə istifadə etməyəcəyimizi, işləməməyimizi və ya ötürməməyi öhdəmizə götürürük. Sizin razılığınız olmadan fərdi məlumatlarınızın istifadəsi və yayılması yalnız məhkəmə qərarı əsasında və ya Qazaxıstan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada mümkündür. Məxfilik siyasətinə edilən hər hansı dəyişiklik bu səhifədə dərc olunacaq. Bu, hansı məlumatların saxlanıldığı və bu cür məlumatları necə topladığımız və saxladığımız barədə istənilən vaxt məlumat əldə etməyə imkan verir.

  • Məlumat təhlükəsizliyi

“Henkel” şirkəti və onun əlaqəli şəxsləri sizin fərdi məlumatlarınızı ehtiyatla saxlamağı və fərdi məlumatlarınızı itirməkdən, sui-istifadədən və ya fərdi məlumatlara dəyişikliklər etməkdən qorumaq üçün bütün ehtiyat tədbirlərini görməyi öhdəsinə götürür. “Henkel” şirkətinin və onun əlaqəli şəxsləri adından Sizə xidmət göstərmək üçün lazım olan məlumatlınıza icazəsi olan “Henkel” şirkətinin və onun filialları “Henkel” şirkəti və onun əlaqəli şəxsləri qarşısında bu məlumatların məxfiliyinə riayət etmək üçün müqavilələrdə təsbit edilmiş öhdəliklər daşıyır və verilən məlumatlardan hər hansı digər məqsədlər üçün istifadə etmək hüququna malik deyildir.

  • Yetkinlik yaşına çatmayan istifadəçilərin fərdi məlumatları

“Henkel” şirkəti və onun əlaqəli şəxsləri 14 yaşına çatmamış istifadəçilərə dair məlumat toplanmasını aparmır. Əgər uşağın valideynləri və ya digər qanuni nümayəndələri uşaqların “Henkel” şirkəti və onun əlaqəli şəxsləri üçün hər hansı məlumatı təqdim etdiyini aşkar edərsə və uşağın əqdim etdiyi məlumatların məhv ediləcəyini hesab etsələr, bu cür valideynlər və ya digər qanuni nümayəndələr aşağıda göstərilən ünvanda bizimlə əlaqə saxlamalıdırlar. Bu halda fərdi məlumatları dərhal siləcəyik.

  • İnternetdə izləmə

Bu sayt marketinq və optimallaşdırma məqsədləri üçün məlumatları toplayır və saxlayır.

Məlumatların toplanması və saxlanması üçün razılığınızı istənilən vaxt geri götürmək hüququna maliksiniz, lakin bu rəyin “geriyə qüvvəsi” olmayacaq. Bunu etmək üçün, buradan https://tools.google.com/dlpage/gaoptout?hl=ru yükləyə biləcəyiniz müvafiq Google tətbiqini yükləməlisiniz. 

Brauzerinizdə quraşdırıldıqda, bu proqram JavaScript kodunu (ga.js) Google Analytics bölməsinə sayt ziyarəti ilə bağlı heç bir məlumat göndərməməyi tapşırır.

Alternativ olaraq və mobil cihazlar üçün bu saytda əlavə məlumat qeydiyyatını ləğv etmək üçün bu linkdən istifadə edə bilərsiniz (bu seçim yalnız cari brauzer üçün və yalnız bu domen üçün tətbiq olunur). Bu üsulla söndürmə seçimi qadcetinizdə saxlanılır. Brauzerinizi ‘cookies’ fayllarından təmizləsəniz, linkdən yenidən istifadə etməlisiniz.

İnternetdə izləmə haqqında daha ətraflı məlumat əldə etmək üçün Google-un məlumatların qorunması siyasəti ilə tanış olmağı məsləhət görürük (https://policies.google.com/?hl=ru).

  • Doubleclick texnologiyası – Google Inc tərəfindən təmin edilən xidmətdir. (1600 

Amphitheatre Parkway, Mountain View, CA 94043), bu sizə müvafiq reklamları görməyə imkan verir. Bu məqsədlə heç bir fərdi məlumatı ehtiva etməyən Cookies fayllarından istifadə olunur. IP ünvanınız bu faylları yaratmaq üçün istifadə olunur. DoubleClick Xidməti tərəfindən istifadə edilən Cookies brauzerinizə avtomatik olaraq yaradılan identifikasiya nömrələrini təqdim edir və yaranan reklamı izləyir. Bu, Google və ortaq saytlarına Henkel şirkətinin saytlarına və digər saytlara daxil olmağınıza əsasən reklam göstərməyə imkan verir. Google DoubleClick xidmətindən istifadə edərək toplanmış məlumatları öz serverinə köçürür və orada saxlayır. Bu məlumatlar üçüncü şəxslərə yalnız Qazaxıstan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və ya məlumatların işlənməsinə razılıq verildikdə verilir. Henkel saytına daxil olmaqla, siz yuxarıda təsvir edilən xidmətdən istifadəyə və Google tərəfindən məlumatların işlənməsinə razılıq verirsiniz. S Cookies fayllarının ötürülməsini brauzerinizin parametrlərindən blok edə bilərsiniz. Siz adətən Cookies faylları blok etmirsinizsə, lakin bu halda DoubleClick texnologiyasından istifadə etmək istəmirsinizsə,  (www.google.com/settings/ads/onweb) ünvanına keçin,, Google Inc DoubleClick xidmətini deaktiv edən plagini yükləyin və quraşdırın.

  • İstək və suallarınız

Saxlanılan məlumatlar “Henkel” şirkəti və/və ya onun əlaqəli şəxsləri tərəfindən qanunvericiliklə və ya müqavilədə müəyyən edilmiş saxlanma müddəti bitdikdən sonra və ya “Henkel” və/və ya onun əlaqəli şəxsləri tərəfindən bu və ya digər məlumatların saxlanılmasını ləğv etdikdəb sonra silinəcək. Siz istənilən vaxt “Henkel” şirkətinin və/və ya onun əlaqəli şəxslərinin məlumat bazasından sizin haqqınızda məlumatların silinməsini tələb edə bilərsiniz. Siz həmçinin istənilən vaxt sizin fərdi məlumatlarınızın istifadəsinə və ya emalına razılığınızı geri götürmək hüququna maliksiniz. Belə hallarda, həmçinin fərdi məlumatlarınızla bağlı hər hansı başqa arzularınız varsa, sizdən xahiş edirik ki, 050012, Qazaxıstan Respublikası, Almatı şəhəri, Masançi küçəsi, 78 ünvanında yerləşən “Henkel Central Asia & Caucasus” MMC (Henkel Central Asia & Caucasus) filiallarının korporativ kommunikasiyaları şöbəsinə poçtla məktub göndərəsiniz.

Sizin haqqınızda məlumat toplayıb-toplamadığımızı və əgər toplayırıqsa, hansı məlumatları bilmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. İstəklərinizi dərhal yerinə yetirməyə çalışacağıq.