Hüquqi müddəalar
Davamlı texniki inkişaflar və müvafiq qanunvericilik bazasındakı dəyişikliklərlə əlaqədar olaraq, vaxtaşırı aşağıda qeyd edilən istifadə şərtlərinin dəyişdirilməsi və/və ya ona əlavələr edilməsi zərurəti yaranır. Buna görə də istifadəçilərdən sayta hər bir daxil olmaqdan əvvəl istifadə şərtlərini nəzərdən keçirməyi və mümkün dəyişiklikləri və/və ya əlavələri nəzərə almalarını xahiş edirik.
Giriş
Bu sayt (“Sayt”) Henkel AG & Co. KGaA, Henkelstrasse, 67, 40589, Düsseldorf, Almaniya (“Henkel Şirkəti») şirkəti tərəfindən təqdim edilmişdir. Elektron poçtla əlaqə saxlamaq üçün https://www.henkel.ru/contact-us əlaqə formasından istifadə edin. Henkel AG & Co. KgaA şirkəti onun əlaqəli şəxlər və üçüncü şəxslər haqqında bu saytda yerləşdirilən məlumatın tam və etibarlı olmasını təmin etmək üçün əlindən gələni edib. Saytdan istifadə etməklə, ziyarətçi məhdudiyyət və ya istisnasız olaraq saytdan istifadənin aşağıdakı şərtləri ilə razılaşır.
BU SAYT VƏ ONUN SƏHİFƏLƏRİNDƏ OLAN MƏLUMATLAR AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ƏRAZİSİNDƏ VƏ YA ABŞ VƏTƏNDAŞLARI VƏ YA SAKİNLƏRİ TƏRƏFİNDƏN İSTİFADƏ EDİLMƏSİNƏ YÖNƏLDİLMİŞ VƏ TƏSDİQ EDİLMƏMİŞDİR. ABŞ VƏTƏNDAŞLARINA VƏ YA SAKİNLƏRİNƏ HENKEL ŞİRKƏTİNİN ABŞ-DAKI BÖLMƏSİ VƏ YA HENKEL ŞİRKƏTİNİN ABŞ-DAKI FİLİALI SAYTLARINDAN İSTİFADƏ ETMƏK TÖVSİYƏ OLUNUR.
Saytdan istifadənin ümumi qaydaları
- Müəlliflik hüququ
Bu saytın məzmunu Müəlliflik hüququ ilə qorunur. Xüsusilə, elektron kütləvi informasiya vasitələrində üçüncü şəxslər tərəfindən bu saytın məzmununun üçüncü şəxslər tərəfindən istfadəsi, adaptasiyası, tərcüməsi, yerləşdirilməsi və işlənməsi müəlliflik hüququ ilə qorunur. Bu cür informasiyanın tam və ya qismən istifadəsinə yalnız Henkel şirkətinin əvvəlcədən yazılı razılığı ilə icazə verilir. İnformasiyanın və ya məlumatların istənilən surətinin çıxarılmasına, xüsusilə mətnlərin və ya mətnlərin və ya qrafik materialların fraqmentlərinin (mətbuatda yerləşdirilmiş Henkel şirkətinə məxsus fotoşəkillər istisna olmaqla) istifadəsinə yalnız Henkel şirkətinin əvvəlcədən yazılı razılığı ilə icazəverilir. Yayılma və istifadə hüquqları Henkel şirkətinə məxsusdur.
Henkel tərəfindən saytda yerləşdirilən fotoşəkillər yalnız redaksiya məqsədləri üçün istifadə edilə bilər. Redaksiya məqsədləri üçün edilən dəyişikliklər əks olunan və/və ya elektron versiyalarında əks olunan fotoşəkillər müəllif hüquqları anlayışına malik olmalıdır “© [il] Henkel AG & Co. KGaA. Bütün hüquqlar qorunur”.Təkrar çap pulsuzdur, lakin, Henkel şirkətinin ünvanına təkrar çap edilmiş materialın surətini göndərmək lazımdır.
- Əmtəə nişanları
Henkel şirkətinin loqosu və məhsulun bütün adları və/və ya dizaynı Henkel şirkətinin, onun törəmə və əlaqəli şəxslərinin, lisenziyaçılarının qeydiyyata alınmış əmtəə nişanları və ya əqli mülkiyyət obyektləridir. Qazaxıstan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Henkel şirkətinin razılığı olmadan və ya üçüncü şəxslərin razılığı üçün ona vəkil edilmiş bu materiallardan istənilən digər rəsmi və qeyri-rəsmi istifadə qadağandır və əmtəə nişanları, müəlliflik hüququ, digər əqli mülkiyyət hüquqları və ya haqsız rəqabət haqqında qanunvericiliyin pozulmasıdır.
- Üçüncü tərəf saytlarının məzmunu ilə əlaqədən imtina
- Bu Saytın səhifələrində üçüncü şəxslər tərəfindən dəstəklənən və məzmunu Henkel-ə məlum olmayan digər saytlara keçidlər (yəni “hiperlinklər”) var. Henkel şirkəti yalnız belə saytlara keçid imkanı yaradır və onların məzmununa görə heç bir məsuliyyət daşımır. Üçüncü şəxslərin saytlarına keçidlərimiz yalnız sizin üçün bu cür saytlara daha asan naviqasiya etmək məqsədi daşıyır. Saytımızın istinad etdiyi səhifələrdə olan bəyanatlar bizim bəyanatlarımız deyil. S Saytımızın istinad etdiyi üçüncü tərəf səhifələrdə hər hansı məzmunu ilə hər hansı əlaqədən imtina edirik. Xüsusilə, biz belə saytların səhifələrində mövcud qanunvericiliyin və ya üçüncü şəxslərin hüquqlarının hər hansı şəkildə pozulmasına görə məsuliyyəti öz üzərimizə götürmürük.
- Henkel şirkətinin saytından daxil ola biləcəyiniz saytlara görə, bu saytların mülkiyyətçiləri həmin saytların məzmununa, eləcə də həmin saytlarda təklif olunan malların satışına və belə saytların köməyi ilə İnternet vasitəsilə əldə edilmiş istənilən sifarişlərin işlənməsinə və yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyırlar.
- Henkel şirkəti Henkel şirkətinin saytında olan linkdə (bundan sonra-keçiddə) müəllif hüquqlarının, əmtəə nişanları və ya digər əqli mülkiyyət hüquqlarının, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına görə heç bir məsuliyyət daşımır.
- Bu imtina saytda göstərilən bütün keçidlər və istifadəçinin bu cür keçidlər vasitəsilə yönləndirildiyi saytların məzmunu üçün etibarlıdır.
- Ümumi məsuliyyətdən imtina
Henkel şirkətinin bu saytdan istifadə nəticəsində yaranan hər hansı məsuliyyəti hüquqi əsasdan, dələduzluq da daxil olmaqla, real ziyanla məhdudlaşır.
Bu müddəalar Henkelin məhsul məsuliyyəti qanunlarına əsasən məsuliyyətinə və ya Henkel tərəfindən verilən zəmanətlərdən irəli gələn öhdəliyə təsir göstərmir. Yuxarıda göstərilən məsuliyyət məhdudiyyətləri insan həyatına və sağlamlığına zərər vurulduqda da tətbiq edilmir.
Henkel şirkəti saytı viruslardan qorumaq üçün ciddi səylər göstərir, lakin biz onların tam olmamasına zəmanət verə bilmərik. Bununla əlaqədar olaraq, istifadəçilərə Henkel saytından sənədləri və məlumatları yükləməzdən əvvəl kompüterlərini viruslardan qorumaq üçün müstəqil tədbirlər görməyi (virus skanerlərindən istifadə etməyi) tövsiyə edirik.
Henkel Şirkəti saytın müəyyən funksiyalarının işində səhvlərin və ya nasazlıqların olmamasına zəmanət vermir, həmçinin bu cür funksiyaların mövcudluğuna görə məsuliyyət daşımır.
- Uzunmüddətli xarakterli bəyanatlar və niyyət bəyanatları
Henkel şirkətinin missiya və məqsədlərinə ilə bağlı verilən və uzunmüddətli xarakter daşıyan bəyanatları bizdə olan ən son məlumatlar və verilmiş bəyanatların Düzgünlüyünə inancımız əsasında verilmişdir. Bununla belə, Henkel-in faktiki nəticələri bu uzunmüddətli bəyanatlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər, çünki nəticələr bəzi hallarda Henkel-in nəzarətindən kənarda olan rəqabətli və makroiqtisadi xarakterli bir sıra amillərdən asılıdır. Henkel Şirkəti saytın səhifələrində yerləşdirilmiş uzunmüddətli bəyanatları daim yeniləmək niyyətində deyil.
- Henkel Şirkətinin Məhsulları
Bu saytın səhifələrində yerləşdirildiyi məhsullar Henkel şirkətinə daxil olan və dünyanın müxtəlif ölkələrində yerləşən şirkətlər tərəfindən istehsal olunan məhsulların nümunəsidir. Henkel şirkəti konkret məhsulun məhz sizin ölkənin istehlakçıları üçün əlçatan olmasına zəmanət vermir.
- Digər müddəalar
Verilmiş ümumi istifadə şərtləri, beynəlxalq malların alqı-satqı müqavilələri haqqında BMT Konvensiyası nəzərə alınmadan Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir və bununla da həmin Konvensiyanın tətbiq edilməsi ümumi istifadə şərtlərinə birmənalı şəkildə istisna edilir. Bu saytla bağlı mübahisələrin həll edildiyi yer, tətbiq olunan qanunvericiliyin mümkün olduğu qədər, Düsseldorf, Almaniya. Bu Ümumi Şərtlərin hər hansı bir müddəası etibarsız olarsa, bu, digər müddəaların etibarlılığına təsir etməməlidir.